Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün qadın voleybolçular mübarizəyə qoşulur. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisi də bu gün ilk görüşünə çıxacaq. 

Sonuncu İslamiadanın qalibi olmuş voleybolçularımız B qrupunda çıxış edəcək. İlk rəqibimiz isə Seneqal yığmasıdır. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. 

Qeyd edək ki, digər qrup rəqiblərimiz Kamerun və Əfqanıstan kollektivləridir. 

 

İslam Həmrəyliyi Oyunları

 

 

B qrupu

8 avqust

   17:00 Seneqal - Azərbaycan