Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəyə start verib.

Rekord.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ilk turunda Mali seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 18:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyə ilə görüşəcək.