Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb. 

Rekord.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ikinci tur matçında Türkiyəni 21:12 hesabı ilə üstələyib. 

Azərbaycan yığması daha öncə Mali komandasına da 18:15 hesabıyla qalib gəlmişdi. Komandamız qrupdakı növbəti oyunlarını avqustun 15-də Mərakeş və Qabona qarşı keçirəcək.