İslamiadada kişi voleybolçuların yarımfinal matçları start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisi bu mərhələdə İran kollektivi ilə üz-üzə gəlib.

Görüş gözlənildiyi kimi rəqibin üstünlüyü ilə keçib. 3 hissə davam etmiş qarşılaşmada yığmamız quru hesabla məğlub olub. Bununla da komandamız bürünc medal uğurunda mübarizə aparacaq. Üçüncülük oyunu isə sabah baş tutacaq.

 

İslam Həmrəyliyi Oyunları
Yarımfinal
14 avqust
   İran - Azərbaycan  3:0 (25:17, 25:20, 25:11)