Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarına uğurlu start verib.

Rekord.az xəbər verir ki, C qrupunda qərarlaşan yığmamız ilk görüşündə Türkiyə seçməsi ilə qarşılaıb.

Turnirin favoritinə qarşı gərgin keçən matçda Azərbaycan 14:12 hesablı qələbə qazanıb.

Milli komanda qrupdakı növbəti oyunu Qırğızıstana qarşı keçirib. Bu matç da Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

Azərbaycan yığması 1/4 finalda Qətər millisiylə qarşılaşacaq.