İslamiada: Azərbaycanın basketbol yığmalarından 1 qızıl, 1 gümüş medal
- 17 Avq 2022 22:30
- 544
Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, millimiz finalda Mali seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib.
Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi isə həlledici matçda Seneqal seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.
Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub.