Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Rekord.az xəbər verir ki, komandamız yarımfinalda İran seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 21:17 hesablı qələbəsi ilə bitib.

Finaldakı rəqib Seneqal kollektivi olacaq.