İslamiada: Millimiz finala çıxdı, rəqib Türkiyə olacaq
- 13 Avq 2022 17:30
- 594
Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Rekord.az xəbər verir ki, Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə rəqib Özbəkistan millisi olub.
Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb - 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib - 40:27.
Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması yarımfinalda Kameruna qalib gəlib - 34:23.