Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, millimiz final qarşılaşmasına vəsiqə uğrunda Türkiyə komandası ilə mübarizə aparacaq.

Yarımfinal oyunu avqustun 14-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.