Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası İslamiadada növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, B qrupunda yer alan komandamız Əfqanıstanla üz-üzə gəlib. 

Qarşılaşma gözlənildiyi kimi voleybolçularımızın üstünlüyü ilə keçib. İlk setdə rəqibinə heç bir şans verməyən komandamız 25:4 hesablı qələbəni bayram edib. Növbəti hissələrdə də Əfqanıstan kollektivindən üstün olan millimiz müvafiq olaraq 25:11 və 25:4 hesabları ilə qələbə qazanıb. Bununla da komandamız ardıcıl ikinci qarşılaşmasında quru hesablı qələbə qazanıb. 

 

İslamiada

B qrupu

   Əfqanıstan - Azərbaycan 0:3 (4:25, 11:25, 4:25)