İslamiada: Qadın cüdoçulardan ibarət milli 3-cü oldu
- 17 Avq 2022 19:45
- 486
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandası bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda görüşdə Qırğızıstanla qarşılaşıb.
Rəqibin 3:1 hesabıyla məğlub edən komandamız bürünc medala sahib çıxıb.
Bu gün Azərbaycanın kişi cüdoçulardan ibarət millisi də finalda Türkiyə yığması ilə qarşılaşacaq.