V İslam Həmrəyliyi Oyunlarında iştirakını başa vurmuş qadın voleybolçulardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb. "Rekord.az" xəbər verir ki, 7 ölkənin iştirak etdiyi yarışda voleybolçularımız bürünc medal qazanıblar.

Mükafat uğrunda qarşılaşmada yığmamız Kamerun kolektivini 3:0 hesabı ilə məğlub edərək fəxri kürsüyə yüksəlib. Türkiyə millisi qızıl medallara, İran isə gümüş medallara sahib çıxıb.

Qeyd edək ki, qadın voleybolçularımız 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşdu.