İslandiya millisinin forvardı Super Liqa klubunda
- 28 Yan 2020 12:42
- 776
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa klubu islandiyalı hücumçu Vidar Örn Kyartanssonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rusiyanın “Rostov” klubundan transfer olunan 29 yaşlı forvardla 6 ay+1 il şərti ilə müqavilə imzalanıb. Altı aylıq icarə müddəti bitəndən sonra, “Yeni Malatyaspor” istəsə, müqavilənin müddətini daha bir il uzatmaqla bu futbolçunu heyətində saxlayacaq.
Kyartansson 2018-ci ildən “Rostov”da çıxış edir. O, bu klubda möhkəmlənə bilmədiyi üçün “Hammarbü” və “Rubin”də də icarədə oynayıb. İslandiya yığmasında 26 oyun keçirən futbolçu 3 qola imza atıb.