"Arsenal" Fransanın "Dijon" klubunun qapıçısı Runar Aleks Runarssonun transferini bitirib.

Rekord.az xəbər verir ki, "topçular" 25 yaşlı qolkiper üçün 2 milyon avro təzminat ödəyib.

İslandiya millisinin üzvü ilə 5 illik razılıq əldə edilib.

Runar ötən mövsüm Liqa 1-də keçirdiyi 36 oyunda 61 top buraxıb. "Dijon" islandiyalı qapıçını 2018-ci ildə Danimarkanın "Norşellann" klubunda 1,6 milyon avroya transfer edib.