“Lids”in baş məşqçisi Marselo Byelsa açıqlama verib.

Rekord.az “goal.com”a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis Premyer Liqa klubunda işinə davam etmək istədiyini bildirib:

“İşlədiyim klublarda həmişəlik qalacağımı düşünmüşəm. Hər gün karyeramın qalan hissəsini “Lids”də keçirəcəyimi düşünürəm.

Eyni zamanda, bizim işimizə tez-tez kənardan müdaxilə edilir. Məşqçilər işdən çıxarılır, nadir hallarda bir klubda uzun müddət qalırlar”.

Byelsa 2018-ci ilin yayından “Lids”i çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqada 11-ci sıradadır.