İsmayıl Zülfüqarlı çətin vəziyyətdə qalıb
- 06 İyn 2024 17:00
- 439
İsmayıl Zülfüqarlı yeni mövsümə hansı klubda başlayacağına dair hələlik qərar verməyib.
Rekord.az xəbər verir ki, yaranmış vəziyyət onu çətin durumda qoyub.
İsmayıl müqavilə ilə "Neftçi"yə məxsusdur və son mövsümü icarə əsasında "Turan Tovuz"da keçirib. Hazırda isə hər iki komanda baş məşqçisiz qalıb. Ona görə futbolçunun yenidən Tovuz klubunda qalacağı, yoxsa "Neftçi"də forma geyinəcəyi məlum deyil. Xüsusilə "Neftçi"nin yeni baş məşqçisinin məlum olmaması futbolçunu çətinə salır. Çünki bilinmir, yeni baş məşqçi İsmayılı komandada görmək istəyəcək, yoxsa yox. Bunu bilmədiyi üçün futbolçu digər təklifləri də dəyərləndirə bilmir.