İsmayıllı rayon Lahıc qəsəbəsində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı və Azərbaycan Atletika Federasiyasının İsmayıllı rayonu üzrə nümayəndəsi Bənövşə İsmayılovanın rəhbərliyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" devizi altında idman tədbiri keçirildi.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələri arasında sağlam həyat tərzinin təbliğ olunması və onların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Sonda tədbir iştirakçıları DŞRGİİ tərəfindən sertifikatlarla təltif olundu.