İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin, Azərbaycan Cüdo Federasiyasının və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilətçılığı ilə cüdo idman növü üzrə 2010 - 2012 - ci il təvəllüdlü oğlanlar arasında Bölgə Kuboku keçirildi.

Rekord.az xəbər verir ki, Dövlət Himnimizin sədaları altında tədbir açıq elan edildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yarışda Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov başda olmaqla idarənin digər əməkdaşları, Azərbaycan Cüdo Fedarasiyası prezidentinin müşaviri ”Şöhrət”ordenli Natiq Bağırov, ”Şöhrət” ordenli və “Tərəqqi” medallı Ağayar Axundzadə, ACF-nın Şimal-Qərb regionu üzrə baş məşqçisi, əməkdar məşqçi Əkbər Şəfaqətov və İsmayıllı OİK-in müdiri Xamis Bədəlov iştirak edirdi.

37 komandadan 200 nəfər idmançının qatıldığı yarışın mükafatçıları təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olundular.