İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün “ layihəsi çərçivəsində məşqçi-müəllim Rəşadət Süleymanovun rəhbərliyi altında şahmat idman növü üzrə ustad dərsləri keçirildi.

Rekord.az xəbər verir ki, ustad dərslərinin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, şahmat idman növünə marağın artırılması və asudə vaxtın səmərəli təşkili olmuşdur.