İsmayıllıda "Futbol hamı üçün" tədbiri
- 24 Noy 2023 13:43
- 234
İsmayıllı rayon Heydər Əliyev adına parkda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində "Futbol hamı üçün" devizi altında məşqçi-müəllim Tərlan Vahidovun rəhbərliyi ilə idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirinin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəsli zərərli vərdişlərdən qorumaq, sağlam həyat tərzinin təşviq olunması,futbol idman növünə marağın artırılması, eləcə də, yeniyetmələrin asudə vaxtlarının idman tədbirləri vastəsilə səmərəli təşkilindən ibarət olmuşdur.