Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin tədbirlər planına uyğun olaraq İsmayıllı Olimpiya İdman Kompleksində Bədii gimnastika üzrə Respublika çempionu, beynəlxalq yarışların mükafatçısı, akrobatika gimnastikası üzrə Azərbaycan çempionu Ləman Zeynalzadənin rəhbəliyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Bədii gimnastika hamı üçün" devizi altında tədbir keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, uşaq və yeniyetmələrin sağlam böyüməsi, onları zərərli vərdişlərdən çəkindirmək, eləcə də, gimnastika idman növünün təbliği və təşviqindən ibarət olmuşdur.