E.Həsənov adına İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbində "İdman həftəsi” çərçivəsində tədbir baş tutub.

Rekord.az-a verilən məlumata görə, karate üzrə Avropa çempionu, İdman ustalığına namizəd, I dan qara kəmər ustası Ülvi Osmanlı tərəfindən şagirdlərə master klass keçirilib.

Ülvi Osmanlı şagirdlərə karate idman növü üzrə praktiki məşğələ keçərək idmanın insan həyatında əhəmiyyətindən bəhs edib.