İsmayıllıda Kikboksinq hamı üçün" idman tədbiri keçirilib
- 15 Sen 2023 16:00
- 288
Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin tədbirlər planına uyğun olaraq İsmayıllı Olimpiya İdman Kompleksində fəaliyyət göstərən İsmayıllı Kikboksinq idman klubunun direktoru Anar Həsənov tərəfindən "Kikboksinq hamı üçün" idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gəncləri zərərli, pis vərdişlərdən çəkindirmək, sağlam həyat tərzinin təbliği, eləcə də kikboksinq idman növünə marağın artırılması və yeni idmançıların cəlb olunmasından ibarət olub.