İsmayıllı rayon Heydər Əliyev prospektində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Kikboksinq Klubunun rəhbəri Bayram Qəhrəmanovun rəhbərliyi ilə kikboksinq idman növü üzrə nümunəvi çıxışlar edilib.

Rekord.az xəbər verir ki, Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəis müavini çıxış edərək qeyd edib ki,tədbirin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəsli zərərli vərdişlərdən qorumaq, sağlam həyat tərzinin təşviq olunması, kikboksinq idman növünə marağın artırılması və asudə vaxtın idman tədbirləri vasitəsilə səmərəli təşkil edilməsidir.