Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Bənövşə İsmayılovanın rəhbərli altında İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbində "Zəfərimiz əbədidir" şüarı altında 2 yaş qrupu üzrə 500 m, 1000m məsafələrdə kross yarışı keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd “Zəfər Günü” nün qeyd edilməsi, məktəblilər arasında atletika idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olumuşdur.