İsmayıllıda kütləvi idman tədbiri
- 13 Yan 2024 11:43
- 349
İsmayıllı Olimpiya İdman Kompleksində "Cüdo hamı üçün" devizi altında yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlığına töhfə vermək məqsədilə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, idman tədbirində iştirakçılara məşqçinin rəhbərliyi ilə müxtəlif fiziki hərəkətlər yerinə yetirilmişdir.
Tədbirdə məqsəd kütlə arasında cüdo idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili, yeniyetmə və gənclərdə fiziki dözümlüyün artırılması olub.