İsmayıllı rayon Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Olimpiya İdman Kompleksinin və Azərbaycan Minifutbol federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəblilər arsında mini futbol idman növü üzrə İsmayıllı rayon birilciliyinin qalibləri bəlli olub.

Rekord.az xəbər verir ki, özündə Ulu Öndər Heydər Əliyevin xatirəsinin daim yad edilməsini, məktəblilər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərdən uzaq olmaqları məqsədlərini ehtiva edən rayon birincilyində A.Məmmədov adına Diyallı kənd tam orta məktəbi birinci yeri, E.Məmmədov adına 3 nömrəli məktəb-liseyi ikinci yeri, müvafiq olaraq İ.Həsənov adına 1 nömrəli tam orta məktəbi və Qurbanəfəndi kənd tam orta məktəbi isə üçüncü yerləri qazanıblar.

Qalib komandalar DŞR Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə mükafatlandırılıblar.