Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 sentyabr 2024-cü il tarixdə “İdman hamı üçün” layihəsi çərçivəsində İsmayıllı şəhər Heydər Əliyev adına parkda yerləşən minifutbol meydançasında ölkə yarışlarının mükafatçısı, AFFA-nın U-13, U-15 qızlar liqası və U-10, U-14 komadalarının baş məşqçisi Tərlan Vahidovun rəhbərliyi altında minifutbol idman növü üzrə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirinin keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gənclərin fiziki aktivliyininin artırılması, sağlam həyat təzinin təbliği, asudə vaxtın səmərəli təşkili, futbol idman növünə kütləviliyin artırılması və istedadlı futbolçuların üzə çıxarılmasından ibarət olmuşdur.