İsmayıllıda nərd üzrə rayon çempionatı keçirilib
- 02 Dek 2023 12:21
- 269
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “03 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə nərd milli idman növü üzrə rayon çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və əməkdaşları, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və əməkdaşları, ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov , I və II Qarabğ müharibəsi qaziləri, veteranlar və həvəskarlar iştirak ediblər.
Tədbir iştirakçıları qeyd edərək bildiriblər ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.
Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə prezidenti İlham Əliyev cənablarının daim diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.
Gərgin və maraqlı keçən idman tədbirində birinci yeri Oktay Əliyev , ikinci yeri Ramil Şirəliyev , və üçüncü yeri isə müvafiq olaraq Elgün Abdullayev və Qismət Əliabbasov qazanıblar. Qaliblərə DŞR Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar, ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən isə pul mükafatı təqdim olunub.