İsmayıllı rayon Diyallı kəndində “8 Noyabr-Zəfər Günü” münasibətilə və milli idman növlərindən olan pəhləvanlıq sənəti üzrə Çingiz Əhmədovun təqdimatında nümunəvi çıxışlar göstərilib.

Rekord.az xəbər verir ki, ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə 44 günlük Vətən Müharibəsinin iştirakçısı, İsmayıllı rayon Diyallı kənd tam orta məktəbinin gənclərin çağrışaqədərki hazırlığı rəhbəri Altay Pənahov keçdiyi döyüş yolundan, cəbhə təəssüratlarından söz açıb.

Qeyd edək ki, keçirilən tədbirin məqsədi gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi,milli adət-ənənələrə hörmət ruhunda böyüdülməsi və pəhləvalıq sənətənin gələcək nəsillərə ötürülməsi olub.