İsmayıllı rayon Fitnes zalında məşqçi - müəllim Vüsal Qəzənfərovun rəhbərliyi altında "Qol güləşi hamı üçün" devizi altında idman tədbiri keçirildi.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması, yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, eləcə də, qol güləşi idman növünün kütləviliyinə nail olmaqdan ibarət olmuşdur.