"2 Fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə İsmayıllı rayon UGİŞM-də Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Şahmat Federasiyasının, İsmayıllı rayon Təhsil sektorunun və İsmayıllı rayon UGİŞM-nin birgə təşkilatçılığı ilə İsmayıllı rayon birinciliyi keçirildi.

Rekord.az xəbər verir ki, ilk öncə torpaqlarımızın azadlığı uğrunda cənlarını fəda etmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi Bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin keçirilməsində məqsəd " 2 Fevral - Azərbaycan Gəncləri Günü"nü qeyd etmək, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Birinciliyin qalibləri:

1-ci yer- Əliyev Faiq Hafiz oğlu

2-ci yer- Pənahov Yusif Adil oğlu

3-cü yer- Seyfullayev Əlağa Eynulla oğlu

3-cü yer- Yusifli Saqi Sadiq oğlu