İsmayıllıda şahmat turniri keçirilib
- 28 Dek 2023 16:43
- 236
İsmayıllı rayon UGİŞM - də "İdman hamı üçün" layihəsi çərçivəsində "Şahmat hamı üçün" devizi altında tədbir keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və onların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.