İsmayıllı rayon UGİŞM - də start götürən "12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü"nə həsr olunmuş şahmat üzrə İsmayıllı rayon birinciliyinə bu gün yekun vuruldu.

Rekord.az xəbər verir ki, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin İsmayıllı rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin birgə təşkilatçılığı ilə baş tutan birinciliyin qalibləri Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin diplom və medalları, eyni zamanda da TİAHİ - nin İsmayıllı rayon Komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.