İsmayıllı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Heydər Əliyev İli” çərçivəsində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü"nə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini yeniyetmə və gənclər arasında təbliğ etmək, zərərli vərdişlərindən onları uzaq tutmaq, asudə vaxtlarının səmərəli keçirilməsi və şahmat idman növünə marağın artırılması olub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, ölkəmizdə idmanın kütləviliyi tam təmin olunub, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini və əməkdaşları, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru və müəllimləri, məktəblərin bədən tərbiyəsi müəllimləri və şagirdlərinin iştirak etdiyi birincilik hal-hazırda davam edir.

Qeyd edək ki, qaliblər yarışın yekununda DŞR Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunacaqlar.