İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı OİK-in birgə təşkilatçılığı ilə GİN-nin yaradılmasının 30 illiyinə həsr olunmuş stolüstü tennis idman növü üzrə İsmayıllı rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyini qeyd olunması, həvəskarlar arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.

Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif edildilər.