Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə İsmayıllı şəhər 1 nömrəli uşaq baxçasında Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə "Sağlam həyat" proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin oğlan və qız şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə əyləncəli yarış keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd kiçik yaşlı məktəbəqədərlərdə müxtəlif idman növlərinə marağın artırılması və sağlam həyat tərzinin təbliği olmuşdur.

Yarışda müxtəlif əyləncəli idman növlər üzrə ən yaxşı nəticə göstərən uşaqlar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldı.