İsmayıllı Uşu-Sanda klubunda Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı, uşu - sanda üzrə ölkə çempionatının gümüş, bir sıra beynəlxalq turnirlərin mükafatçısı Yabir Şıxalıyevin rəhbərliyi ilə " İdman hamı üçün" layihəsi çərçivəsində ustad dərsi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması ilə yanaşı uşaq və yeniyetmələrin fiziki hazırlıqlarının yüksəldilməsi, bu idman növünə marağın artırılması, onların zərərli vərdişlərdən çəkindirilməsindən ibarət olmuşdur.