İsmayıllı rayon A.Məmmədov adına Diyallı kənd tam orta məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi ilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Birkimibirlikdə" devizi altında İsmayıllı rayon A.Məmmədov adına Diyallı və Ağsu rayon Pirhəsənli kənd tam orta məktəb komandaları arasında voleybol idman növü üzrə yoldaşlıq oyunu keçirildi.

Rekord.az xəbər verir ki, oyunun keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması ilə yanaşı region məktəbləri və məktəbliləri arasında dostluq əlaqələrinin qurulmasından ibarət olmuşdur.

Sonda oyun iştirakçıları Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olundular.