İsmayıllı rayonunda “Heydər Əliyev İli”nə həsr olunmuş minifutbol üzrə idarə, müəssisə və təşkilatlar arasında yubiley turniri keçiriləcək.

Rekord.az xəbər verir ki, turnir 1 - 10 may aralığında, saat 10:00-da Heydər Əliyev adına parkda baş tutacaq.

Eyni zamanda “Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmə və gənclər arasında kikboksinq üzrə rayon turniri də baş tutacaq. Bu turnir isə 7 may, saat 10:00-da İsmayıllı Olimpiya İdman Kompleksində baş tutacaq.