İsmayılova AÇ-də 11-ci oldu
- 12 Fev 2024 21:22
- 255
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürüb.
Rekord.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edir.
Artıq onlardan biri – Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb. Atletimiz toplam 128 kq (58+70) nəticə göstərib və yekun sıralamada 11-ci yeri tutub.