İsmayllıda Uşu-Sanda üzrə idman tədbiri
- 14 Fev 2024 16:00
- 264
İsmayıllı Uşu-Sanda klubunda Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı, uşu - sanda üzrə ölkə çempionatının gümüş, Avropa birinciliyinin bürünc, eləcə də, bir sıra beynəlxalq turnirlərin mükafatçısı Yabir Şıxalıyevin rəhbərliyi ilə " İdman hamı üçün" layihəsi çərçivəsində "Uşu hamı üçün" devizi altında idman tədbiri keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması ilə yanaşı uşaq və yeniyetmələrin fiziki hazırlıqlarının yüksəldilməsi, onların zərərli vərdişlərdən çəkindirilməsindən ibarət olmuşdur.