İspan futbolçu yol qəzasında öldü - 23 yaşında
- 04 Yan 2021 18:15
- 588
İspaniyanın “Atletik” klubunun yetirməsi Aytor Qandiaqi vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2019-cu ildən “Gernika”da çıxış edən 23 yaşlı futbolçu yol qəzasında dünyasını dəyişib. İdarə etdiyi avtomobil avtobusla toqquşan Qandiaqi hadisə yerində vəfat edib.