Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Rekord.az xəbər verir ki, Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1.

Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək Niderland - İngiltərə matçında aydınlıq gələcək.

AÇ-2024
Yarımfinal

9 iyul

İspaniya – Fransa 2:1
Qollar: Lamin Yamal, 21. Dani Olmo, 25 – Kolo Muani, 9.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen. “Alyans Arena”.