“Qranada" baş məşqçisi Aleksandr Medina ilə yolları ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

La Liqa təmsilçisi mütəxəssisə təşəkkür edib və ona uğurlar arzulayıb. 

Medina 2023-cü ilin fevralından "Qranada"ya rəhbərlik edirdi.

"Qranada" 28 oyundan sonra La Liqanın turnir cədvəlində 14 xalla 19-cudur.