İspaniya klubunda yeni müqavilə
- 01 İyn 2024 19:00
- 170
İspaniyanın "Atletik" klubu müdafiəçisi Dani Vivian ilə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqavilə 2032-ci ilin yayına kimi nəzərdə tutulub.
24 yaşlı futbolçu son mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Vivian İspaniya millisinin AÇ-2024 üçün ilkin heyətinə daxil edilib.