Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Rekord.az İspaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək:

Real Sosyedad - Mirandes
Atletik - Qranada

Qeyd edək ki, yarımfinalın ilk oyunları fevralın 12-də, cavab görüşləri isə martın 4-də baş tutacaq.