Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, “Barselona” yarımfinala vəsiqə uğrunda “Qranada” ilə mübarizə aparacaq. “Sevilya” isə “Almeriya”ya rəqib olub.

Qeyd edək ki, bir matçdan ibarət olacaq 1/4 mərhələsinin görüşləri 2-4 fevral tarixlərində keçiriləcək.

İspaniya kuboku
1/4 final

Qranada - Barselona

Betis - Atletik

Levante - Vilyarreal

Almeria - Sevilya