Koronavirus pandemiyası səbəbiylə dayandırılan İspaniya La Liqasının cari mövsümü ləğv edilə bilər.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Məlumatda bildirilir ki, çempionat iyunun 27-nə kimi bərpa olunmasa, cari mövsüm ləğv ediləcək. Hazırkı vəziyyətdə turnirin aprelin sonu, mayın əvvəlində başlamaq ehtimalı olduqca azdır.

Digər variant isə çempionat oyunlarının iyunun sonlarına qədər başlaması və oyunların 3 gündən bir keçirilməsidir.

İspaniyada 87 min insanın koronavirusa yoluxduğu bildirilir.