İspaniya milli komandasının daha bir futbolçusu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu, yarımmüdafiəçi Adama Traoredir. 

Koronavirus testi müsbət çıxan Traore yığmanın toplanışını tərk edib.

İspaniya millisi UEFA Millətlər Liqasında sentyabrın 3-də Almaniya, 6-da isə Ukrayna ilə qarşılaşacaq.

İspaniya yığmasında bundan əvvəl Mikel Oyarzabalda da koronavirus aşkarlanmış və o, heyətdən kənarlaşdırılmışdı.